A

UNEC-in Maliyyə və mühasibat fakültəsinin tələbə təşkilatlarının birgə təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının HəmrəylikGününə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan fakültə dekanı, dosent Gəray Musayev Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə təsis olunan Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixindən bəhs edib.

Daha sonra Maliyyə və mühasibat fakültəsinin tələbələri vətənpərvərlik ruhunda şeirlər və müxtəlif mahnılarla çıxış ediblər. Sonda Tələbə Elmi Cəmiyyəti, Tələbə Gənclər Təşkilatı və Tələbə Həmkarlar İttifaqı Komitəsinin nümayəndələri “Azərbaycan” mahnısını birgə ifa etmişlər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay