A

UNEC Zaqatala filialında 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirilmişdir.

Azərbaycan dövlət himninin səslənməsi ilə başlanmış tədbirdə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükut ilə yad edilmişdir. "XX əsrin ən qanlı səhifəsi" mövzusunda təşkil edilmiş dəyirmi masada Zaqatala filialının direktoru prof. Orucəli Rzayev giriş sözü ilə çıxış etmişdir. Natiq xalqımıza qarşı törədilən vəhşiliklər barədə söz açmışdır.  Mövzu ətrafında Ümumi fənlər kafedrasının müəllimləri çıxış etdikdən sonra, soyqırım ilə əlaqədar film nümayiş etdirilmişdir. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay