UNEC-də “Bank of Baku”nun karyera günü keçirilib.
Karyera Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə bankın İnsan Resursları Departamentinin nümayəndələri ilk öncə tələbə və magistrlərə bankın fəaliyyəti, iş mühiti, karyera imkanları, vakansiya və təcrübə proqramları barədə məlumat veriblər.
“Bank of Baku”nun karyera günündə 100-ə yaxın tələbə və magistr müsahibəyə qatılıb. Növbəti mərhələdə tələblərə cavab verən namizədlər banka dəvət olunacaq və onlara vakant yerlər təklif ediləcəkdir.