A

UNEC Əcnəbi Tələbələrin III Forumunda təmsil olunub.

Azərbaycan Tibb Universitetində (ATU) Bakı Beynəlxalq Tələbə Klubunun təşkilatçılığı və Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən forumun məqsədi ölkədə təhsil alan əcnəbi tələbələri bir platformada toplamaq, Azərbaycanın mədəniyyəti, tarixi, turizm imkanları ilə onları daha yıxandan tanış etmək və həmin tələbələrin vasitəsilə dünya ictimaiyyətinə çatdırılmasına dəstək vermək olub.

“Biz birlikdə güclüyük” devizi altında keçirilən foruma UNEC-in müxtəlif ölkələrin vətəndaşları olan 20-dək əcnəbi tələbə və magistri qatılıb. Onlar forumun bədii hissəsində “Ey həyat sən nə qəribəsən” və “Qarabağ” mahnılarını Azərbaycan dilində səsləndiriblər. Sonra birlik rəmzi olan “Yallı” sədaları altında rəqs ediblər.

Forumda UNEC-in əcnəbi tələbələrini Beynəlxalq əməkdaşlıq departamentinin mütəxəssisi Rəna Naibova müşayiət edib.

TOP XƏBƏRLƏR