A

UNEC-in Türk Dünyası İqtisad Fakültəsində “Öz Biznesinə Başla” layihəsinin təqdimatı keçirilib.

Layihənin məqsədi UNEC-də özəl sektorla akademik sektorun, təcrübə ilə nəzəriyyənin vəhdətini təşkil etməkdir.

Tədbirdə spiker qismində “Panda School” MMC-nin rəhbəri, biznes təlimçi Elvin Dadaşsoy və məşhur fotoqraf, “Kengerli Company” rəhbəri Cəlal Kəngərli olub. Fakültənin mentorları tərəfindən təşkil olunan tədbirdə spikerlər tələbələrlə şəxsi biznesləri ilə bağlı təcrübələrini bölüşüblər.

Sonda ən maraqlı biznes ideya sahibinə və ən maraqlı sual verən tələbəyə hədiyyələr təqdim olunub

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay