A

UNEC-də Ümummilli lider Heydər Əliyevə həsr olunan “Ulu Öndər” sənədli filmi nümayiş olunub.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə keçirilən film nümayişindən öncə Tələbələrlə iş üzrə prorektor, dosent Səadət Qəndilova bildirib ki, tədbir Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrasını təmin etmək məqsədilə təşkil olunub.

Gənclər və İdman Nazirliyinin əməkdaşı Hüseyn Babayev tələbələrə ümummilli lider Heydər Əliyevin vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən danışıb. Müstəqil Azərbaycanda gənclər siyasətinin banisi olan ulu öndər Heydər Əliyevin daim gənclərə xüsusi diqqət və qayğı ilə yanaşdığını bildirib.

Çıxışlardan sonra tələbələr “Ulu öndər” sənədli filmini izləyiblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay