Beynəlxalq Ana Dili Günü münasibətilə UNEC-in Ümumi Fənlərin Tədrisinin Təşkili Departamenti və “Azərbaycan dili” kafedrasının birgə təşkilatçılığı ilə şeir müsabiqəsi keçirilib.
Tədbirin əsas məqsədi tələbələr arasında ana dilinə sevgi və hörmət hissinin aşılanması, onların bədii yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, eləcə də Azərbaycan dilinin zəngin ifadə imkanlarının təbliği olub.
Çıxışlarda vurğulanıb ki, ana dili hər bir xalqın milli sərvəti, varlığının və kimliyinin əsas göstəricisidir. Ümummilli lider Heydər Əliyevin dil siyasəti nəticəsində Azərbaycan dili dövlət dili kimi möhkəmlənmiş, qorunmuş və inkişaf etdirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də qeyd etdiyi kimi, ana dilinin saflığının qorunması hər bir vətəndaşın vəzifəsidir.
Müsabiqədə müxtəlif fakültə və qrupları təmsil edən tələbələr ana dilinə həsr olunmuş şeirlərlə çıxış ediblər. Münsiflər heyətinin qiymətləndirməsinə əsasən aşağıdakı tələbələr qalib elan olunublar:
“Maliyyə və mühasibat” fakültəsi (414, 416 və 424-cü qruplar):
Aysu Rzayeva, Murad Nuqrazadə, Nizaməddin İsakov, Alim Mütəllimzadə, Əmmar Tağızadə, Tofiq Əliyev, Rəvan Kərimli
(rəhbərlər: dosent Mətanət Əmrahova, baş müəllim Şəfəq Həsənova, baş müəllim Gülnarə Zeynalova)
“Biznes və menecment” fakültəsi (28-ci qrup):
Ayşən Hüseynova, Aysu Qasımova, Sənubər Əhmədova, Gövhər Məmmədova
(rəhbər: dosent Gülbəniz İsmayılzadə)
“Beynəlxalq İqtisadiyyat Məktəbi” (1042-ci qrup):
Nuru Xasızadə, Ömər Məmmədov, Aygün Bağırzadə
(rəhbər: dosent Çinarə Qəhrəmanova)
“Rus İqtisad Məktəbi” (145-ci qrup):
Jalə Qafarova, Məryəm Ağayeva, Elçin Abdullayev
(rəhbər: baş müəllim Sevinc Hacıyeva)
“Dizayn Məktəbi” (730-cu qrup):
Sona Süleymanova, Aydan Əliyeva, Səma Əliyeva
(rəhbər: baş müəllim Könül İbrahimova)
Qeyd edək ki, şeir müsabiqəsi digər fakültələrdə də davam etdirilib.