UNEC Karyera Mərkəzinin təşkilatçılığı ilə dünyanın aparıcı audit şirkətlərindən olan Deloitte şirkətinin Azərbaycan nümayəndəliyi UNEC-in tələbə və magistrlərı üçün Karyera günü keçirib.
Şirkətin İnsan Resursları Departamentinin mütəxəssisləri Zeybə Tağızadə və Günay Abdullayeva, Audit və Əminlik Departamentinin audit üzrə baş meneceri Tural Cəfərli və meneceri Rüfət Hümbətovun iştirak etdiyi görüşdə vakansiyalar və online müraciət forması, yay təcrübə proqramı, iş müsahibəsinə hazırlıq, şirkətin yaradacağı iş imkanlarından danışıblar. Şirkət nümayəndələri UNEC tələbələrə karyera imkanları, işə qəbul ərəfəsindəki test mərhələsi barədə də məlumat veriblər.
Daha sonra isə tələbələrlə fərdi müsahibələr təşkil edilib.