A

UNEC-də 21 fevral - Beynəlxalq Ana Dili Günü münasibətilə tədbir keçirilib.

Ümumi fənlərin tədrisinin təşkili departamenti və  “Azərbaycan dili” kafedrasının təşkilatçılığı ilə keçirilən tədbirdə departamentin direktoru, dosent Gülnarə Rzayeva dövlətimiz tərəfindən ana dilimizin qorunması və inkişaf etdirilməsinə göstərilən diqqət və qayğıdan danışıb. Bildirib ki, dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır.

“Azərbaycan dili” kafedrasının müdiri, professor Tofiq Əbdülhəsənli ölkəmizdə ana dilinin hərtərəfli inkişafında, beynəlxalq münasibətlər sisteminə yol tapmasında Ulu öndər Heydər Əliyevin uğurlu siyasətinin mühüm rol oynadığını bildirib. 2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsinin ümummilli lider Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biri olduğunu vurğulayaraq, bu diqqət və qayğının bu gün də möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən davam etdiriliydiyini diqqətə çatdırıb.

Sonra kafedranın dosenti  Aynur Qədimalıyevanın  “Ana dili: milli varlığımız, mənəvi sərvətimizdir”, baş müəllimlər Mətanət Əmrahovanın  “Milli mədəni varlığımızın ən uca dəyəri - Ana dili” və Çinarə Qəhrəmanovanın  “Dilimiz – milli varlığımızdır” mövzularında təqdimatları dinlənilib.

Tədbirdə tələbələrin ifasında  Ana dilimizə, vətənimizə, müqəddəs bayrağımıza  həsr olunan şeirlər səsləndirilib. İqtisadiyyat fakültəsinin tələbəsi Yusif  Cəfərbəylinin rəhbərlik etdiyi  muğam  triosu iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay