A

UNEC-in Türk Dünyası İqtisad Fakültəsində türkiyəli mütəxəssislər tərəfindən “E-ticarətdən E-İxracata” mövzusunda seminar keçirilib.

Türkiyənin e-ticarət, e-ixracat platformları ilə bağlı xidmətlər göstərən, bu istiqamətdə təlim və tədrislər həyata keçirən WorldEF platformasının qurucuları, həmçinin platformanın Azərbaycan təmsilçisi olan MyBroker şirkətinin nümayəndələri tələbələrə təmsil etdikləri şirkət barədə ətraflı məlumat veriblər. WBS icraçı direktoru Orxan İsayev, WorldEF şirkətinin sədri Ömer Nart, “MyBroker”in təsisçisi Rəşad Alıyev və WorldEF-in məsləhətçisi Batuhan Çirmi elektron ticarət, fəaliyyət istiqamətləri, karyera imkanları, e-ticarətdən e-ixracata keçid imkanlarından danışıblar, Amazonda ticarətə başlamaq üçün izlənilməli olan mərhələləri açıqlayıblar.

Seminarda tələbələri maraqlandıran suallar cavablandırılıb. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay