A

Britaniya Şurası tərəfindən elan olunan Creative Spark layihəsi çərçivəsində Şərqi London Universiteti tərəfindən UNEC tələbələri üçün növbəti təlimlər onlayn şəkildə keçirilib.

Şərqi London Universitetinin (University of East London) müəllimləri tərəfindən onlayn formatda tələbələrə biznes ideyalarının reallaşdırılması, müştəri seqmentasiyasının təhlil edilməsi, bazar marketinqi araşdırmalarının aparılması, biznes canvas modelinin tətbiqi istiqamətlərində 4 günlük təlimlər keçiblər. Təlimin son günündə tələbələr özlərinin ideyalarını onlayn formatda presentasiya şəklində təqdim edərək ingilis mütəxəssislərdən rəy aldılar. Eyni zamanda tələbələr Şərqi London Universitetində çalışan bir çox müəllim ilə ünsiyyətdə olaraq biznes sahsəsinə dair nəzəri və praktik biliklər əldə etdilər.

Tələbələr tərəfindən təlim böyük maraqla qarşılandı və qarşıdakı aylarda yenidən təşkil olunması planlaşdırılır. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay