A

UNEC-də təhsil alan əcnəbi tələbələrlə görüş keçirilib.

Beynəlxalq Əməkdaşlıq Departamentinin təşkilatçılığı ilə keçirilən onlayn görüşdə Tələbələrlə iş üzrə prorektor, dosent Səadət Qəndilova əcnəbi tələbələri universitetin ictimai-sosial həyatında fəal olmağa çağırıb. Onlara elmi tədqiqatların aparılması, müxtəlif layihələrin hazırlanması istiqamətində  lazımi dəstəyin göstəriləcəyini bildirib.

Beynəlxalq Əməkdaşlıq Departamentinin direktoru Sənnur Əliyev əcnəbi tələbələrə miqrasiya sənədləşməsi və proseduraları ilə bağlı məlumat çatdıraraq, yarana biləcək problemlərin həlli istiqamətində onlara tövsiyələrini verib.

Görüşdə əcnəbi tələbələri maraqlandıran məsələlər müzakirə olunaraq, sualları cavablandırılıb.

Qeyd edək ki, UNEC-də Çin, Rusiya, Türkiyə, İran, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Əfqanıstan, Nepal, Maldiv, Mərakeşlə birlikdə 34 ölkədən 354 əcnəbi tələbə təhsil alır. Onların 302 nəfəri bakalavr, 45 nəfəri magistr, 7 nəfəri isə doktorant və dissertantdır. 2020/2021-ci tədris ilində isə UNEC-ə 100 nəfər əcnəbi tələbə qəbul olunub. Qəbul həm ənənəvi, həm də onlayn qaydada aparılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay