A

UNEC Rus İqtisad Məktəbinin əməkdaşları və tələbələri fakültənin məzunu, Vətən müharibəsində şəhid olan Naib Namətovun ad günündə onun məzarını ziyarət ediblər.

UNEC kollektivi şəhidin məzarı önünə əklil və gül dəstələri qoyaraq onun əziz xatirəsini ehtiramla yad ediblər.

RİM-in direktoru, dosent Mənsur Bərxudarov şəhidin anasına UNEC ailəsinin N.Namətovla qürur duyduğunu, şəhidlərimizin əziz xatirəsinin həmişə uca tutulduğunuı bildirib. M.Bərxudarov Naibin tələbəlik dövründən danışaraq, onun məsuliyyətli, tərbiyəli və vətənpərvər gənc olduğunu, onun qısa ömür yolunun hər bir gənc üçün örnək olduğunu deyib. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay