UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində (İSE) Xocalı soyqırımına həsr olunan açıq dərs keçirilib.
Xarici dillər kafedrasının müəllimi Aynur Mirzəyevanın İSE 1086-cı qrupunda keçdiyi dərsdə tələbələr O.Paşayev, A.Mikayılzadə, M.Müzəffərov, N.Murtuzayeva, X.Rüstəmova, İ.Qasımova Xocalı faciəsini, eləcə də 44 günlük müharibədə erməni terroru nəticəsində Gəncə, Bərdə və digər şəhərlərdə dinc sakinlərin qətlə yetirilməsini əks etdirən videoçarxlar nümayiş etdiriblər.
Dərsdə iştirak edən Ümimi fənlərin tədrisinin təşkili departamentinin direktoru Gülnarə Rzayeva, Dağlıq Qarabağın Azərbaycanlı icmasının sədr müavini, ADA universitetinin professoru Gülməmməd Məmmədov Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasından söz açıblar. Gəncləri Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində fəal olmağa çağırıblar.