A

2020/2021-ci tədris ilinin yaz semestrində yerli və xarici universitetlərdən UNEC-ə köçürülən tələbələrlə görüş keçirilib.

Köçürülən tələbələrin UNEC-lə daha yaxından tanış olması, müəllim-tələbə mühitinə rahat adaptasiyası, eləcə də təhsil imkanları, yeniliklər barədə məlumatlandırılması məqsədilə fakültələr tərəfindən keçirilən görüşdə elektron universitet,  akademik təqvim, tədrisin təşkili, cari və aralıq qiymətləndirmə, xüsusi təqaüdlər, “Bir pəncərə” xidməti, elektron kitabxana, tələbə təşkilatları, tələbə smart kartları, təhsilalanların universitetdaxili intizam qaydaları barədə ətraflı məlumat verilib. Görüşdə tələbələri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, 2020/2021-ci tədris ilinin yaz semestrində UNEC-ə 47-si bakalavr və 4-ü magistrant olmaqla, ümumilikdə 51 tələbə köçürülüb. Bakalavriat səviyyəsi üzrə 44 tələbə yerli, 3 tələbə isə xarici universitetdən UNEC-ə transfer olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay