A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsinin fəal üzvləri Hərbi Qənimətlər Parkını ziyarət ediblər.

Tələbələr açıq səma altında salınan parkda 44 günlük Vətən müharibəsi zamanı düşməndən qənimət götürülən hərbi texnika  ilə tanış olublar.

Xatırladaq ki, aprelin 12-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin iştirakı ilə Bakıda Hərbi Qənimətlər Parkının açılışı olub.

TOP XƏBƏRLƏR