A

UNEC ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin birgə layihəsi olan E-Kommersiya “SABAH” magistratura proqramının açılışı olub.

Tədbirdə Təhsil Nazirliyinin Elm, ali və orta-ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli, UNEC-in tədris üzrə prorektoru dos. Gəray Musayev, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin (BMDM) direktoru dos. Fariz Əhmədov proqram üzrə təhsil alan magistrlər, layihədə iştirak edən mütəxəssislər, dövlət və özəl qurumların nümayəndələri iştirak ediblər.

Tədris üzrə prorektor dos. Gəray Musayev proqrama qəbul olan magistləri təbrik edərək, onlara uğurlar arzulayıb. UNEC-in tətbiq olunan yeniliklərdən söz açan Gəray Musayev, universitetdə əmək bazarının tələblərinə uyğun yeni ixtisasların açıldığını və bu prosesin davam etdiriləcəyini deyib.

Sonra Təhsil Nazirliyinin Elm, ali və orta-ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli “SABAH” qrupları üzrə magistratura proqramının məqsəd və əhəmiyyətini diqqətə çatdırıb, proqramın gənclərdaə yaradacağı üstünlüklər barədə məlumat verib.

BMDM-in direktoru, dos. Fariz Əhmədov proqramın tədris prosesi, akademik heyət və bu ixtisaslaşma üçün xüsusi nəşr olunacaq “Elektron ticarət və elektron-ixracat” və “Rəqəmsal marketinq və sosial media” adlı tədris materialları barədə təqdimatla çıxış edib. O, E-Kommersiya ixtisaslaşması üzrə tədrisin keyfiyyətinin artırılması məqsədilə laboratoriyaların yaradılmasının, xarici professor və müəllim heyətinin tədris prosesinə cəlb olunmasının, xaricdəki mütəxəssislər tərəfindən təlim proqramları və seminarların təşkil olunmasının, özəl sektorla yaxından əməkdaşlıq edilməsinin əsas hədəflərdən olduğunu ictimaiyyətin nəzərinə çatdırıb. Təqdimatda tədris ilinin sonunda proqram üzrə ən yüksək göstəricilərə sahib 10 nəfər magistrin xaricdə təcrübə keçəcəkləri də bildirilib.

Sonda iştirakçıların sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay