A

UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin dəstəyi və İqtisadçı İntellektual klubunun təşkilatçılığı ilə 18 oktyabr Dövlət Müstəqilliyinin Bərpası Gününə həsr olunan “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilib.

UNEC tələbələri arasında keçirilən yarışda 30 komanda iştirak edib. Gərgin və maraqlı keçən mübarizənin sonunda “Prometey” komandası 32 xalla qalib gəlib. II yerə “Replicants” komandası, III yerə isə “Hell Bells” komandası layiq görülüb.

Qalib komandaların hər bir üzvünə kubok, diplom, pul mükafatı və medallar təqdim olunub.

Qalib tələbələrimizi təbrik edirik!

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay