A

UNEC-in Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru Neman Muradlı Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə imzalanan “İslam Əməkdaşlıq Təşkilatı”na və “Qoşulmama Hərəkatı”na üzv ölkələrin vətəndaşları üçün dövlət qrantı proqramı çərçivəsində UNEC-də təhsil alan əcnəbi tələbələrlə görüşüb.

Prorektor UNEC-də əcnəbi tələbələr üçün yaradılan şəraitdən söz açıb. UNEC-in təhsil imkanları, beynəlxalq əlaqələri və həyata keçirdiyi layihələr barədə onlara ətraflı məlumat verib. Həmçinin əcnəbi tələbələrin təhsili və ehtiyacları ilə yaxından maraqlanıb. UNEC-də əcnəbi tələbə klubunun fəaliyyət göstərdiyini diqqətə çatdıran N.Muradlı, tələbələrə universitetin ictimai və sosial həyatında fəal olmağı tövsiyə edib.

Qeyd edək ki, 2021/2022-ci tədris ilində UNEC-ə ABŞ, Rusiya, Şri Lanka, Türkiyə, Gürcüstan, Ukrayna, Türkmənistan, Antiqua və Barbuda, Bəhreyn, Əfqanıstan, İran, Liviya, Özbəkistan, Pakistan, Qazaxıstandan 87 əcnəbi tələbə qəbul olub. Onlardan 78 nəfəri bakalavriat, 9 nəfəri isə magistratura üzrə təhsil alır. Ümümilikdə isə hazırda UNEC-də 319 əcnəbi tələbə təhsil alır. Təhsil qrantı və dövlət proqramları çərçivəsində UNEC-də təhsil alan əcnəbilərin sayı 15 nəfərdir.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay