A

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Narkomaniya ilə mübarizəylə bağlı tədbir təşkil olunub.

Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və UNEC Könüllüləri Təşkilatının birgə əməkdaşlığı ilə keçirilən maarifləndirici tədbir “Narkotiksiz həyat” mövzusunda olub.

Tədbiri giriş sözü ilə UNEC Könüllüləri Təşkilatının sədri Orxan Vəliyev açaraq, narkomaniyanın zərərlərindən, eləcə də bu tipli maarifləndirici tədbirlərin gənclər üçün önəmindən bəhs edib.

Sonra Türk Dünyası İqtisad Fakültəsinin dekan müavini Cəvahir Məmmədova, universitetin müəllimi Nəriman Xanəhmədov, Biznes və menecment fakültəsinin katibi Elxan Salayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə problemləri şöbəsinin müdir müavini Kamilə Əliyeva, həkim-narkoloq, yazıçı Asif Kəngərli və psixoterapevt Aydan Xasməmmədzadə narkomaniyanın mənfi təsirlərindən, bəşəriyyətin bu bəlasının gənclərin həyatına təsirlərindən danışıblar.

Tədbirdə tələbələrin narkomaniya ilə mübarizəylə bağlı sualları ekspertlər tərəfindən cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay