A

Hacıyev Ülvi Şirin oğlu 1994-cü il noyabrın 13-də anadan olub. 2001-2012-ci illərdə Bakı şəhəri, Suraxanı rayonu 141 saylı orta məktəbində təhsil alıb.

2012-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadiyyat fakültəsinə (tədris rus dilində) daxil olub. Bakalavr təhsilini bitirdikdən sonra 2016-cı ildə UNEC Biznes Məktəbinə (MBA) qəbul olub. Biznesin təşkili və idarə edilməsi, maliyyə ixtisaslaşması üzrə ingilis dilində magistratura təhsil alıb.

2018-2019-cu illərdə Ağcabədi rayonu N saylı hərbi hissəsində hərbi xidmətdə olub. 2019-2020-ci illərdə DGK “Azərterminalkompleks” Birliyinin Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda xidmət edib.

2020-ci ildə könüllü olaraq orduya yazılıb. Sentyabrın 30-da Füzuli rayonunda gedən döyüşlərə qatılıb. Füzuli, Cəbrayıl, Xocavənd rayonları və Hadrut uğrunda gedən döyüşlərdə böyük qəhrəmanlıq göstərib. 19 oktyabr 2020-ci ildə Xocavənd rayonu istiqamətində gedən döyüşlər zamanı yoldaşını xilas etməyə çalışarkən qəhrəmancasına həlak olaraq şəhidlik zirvəsinə ucalıb. 50 gün axtarışdan sonra nəşi tapılıb.

6 dekabrda II Fəxri Xiyabanda dəfn olunub.

Ölümündən sonra “Vətən uğrunda”, Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay