A

17 noyabr Milli Dirçəliş Günü ilə əlaqədar olaraq ASAN xidmət və UNEC könüllülərinin birgə həmrəylik görüşü keçirilib.

Tədbiri giriş sözü ilə açan UNEC Könüllüləri Təşkilatının layihə rəhbəri Orxan Vəliyev bu günün önəmindən bəhs edib və gənclərin öz tarixini bilmələri, eləcə də gələcək nəsillərə öyrədilməsinin vacibliyini qeyd edib.

Tədbirdə çıxış edən UNEC-in Humanitar fənlər kafedrasının müəllimi Cəmilə Həsənova Milli Dirçəliş Gününün tarixi, xalqımızın böyük iradəsi haqqında könüllülərə geniş məlumat verib.

Sonda könüllüləri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay