A

Ekologiya və Təbii Sərvətlər, Təhsil nazirliklərinin, IDEA İctimai Birliyinin birgə təşkilatçılığı ilə Xocəsən qəsəbəsində "Yaşıl Marafon" layihəsi çərçivəsində "Zəfərdən yaşıl düşüncəyə" devizi altında ağacəkmə kampaniyası baş tutub.

Ağacəkmə kampaniyasına UNEC-in Amerika, Çin, Mavriki, Qazaxıstan və Antigua vətəndaşı olan əcnəbi tələbələri də qoşulublar.

Ekoloji vəziyyətin yaxşılaşdırılması, yaşıllıqların artırılması, eyni zamanda əcnəbi tələbələrin şəbəkələşməsi və ictimai aktivliyinin artırılması, əcnəbilərin Azərbaycanda təhsilinin təşviqi məqsədilə payız ağacəkmə marafonunda 17 ali təhsil müəssisəsindən 48 ölkəni əhatə edən 100-dən çox əcnəbi tələbə iştirak edib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay