A

Azərbaycan Gənclər Fondunun dəstəyi və Xəzər İntellektual Gənclər Klubunun təşkilaçılığı ilə “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə XI Çağırış Kubokunun finalı baş tutub.

Xəzər İntellektual Gənclər Klubunun yaranmasının 20 illik yubileyinə həsr olunmuş layihənin final oyununda komandalar üç müxtəlif mükafat uğrunda gərgin bilik mübarizəsi aparıblar. Yarışda UNEC-in “Replicants” komandası tələbə kubokunun sahibi olub. Qeyd edək ki, XI Çağırış Kubokunun keçirilməsində məqsəd gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların intellektual inkişafının təmin olunması və intellektual oyunlar hərəkatının bütün ölkəni əhatə etməsinin reallaşdırılmasıdır.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay