26-29 may tarixlərində Azərbaycanda Türkiyənin ən böyük texnologiya festivalı olan “Teknofest” əsasında “Teknofest Azərbaycan” festivalı təşkil olunacaq.
“Teknofest Azərbaycan” tədbiri çərçivəsində keçirilən “Baku Skills” kateqoriyası üzrə müsabiqə Təhsil Nazirliyinin və Azərbaycan Respublikasının Təhsil İnstitutunun dəstəyi ilə “STEAM Azərbaycan” layihəsi tərəfindən təşkil olunur. “Baku Skills” müsabiqəsi iştirakçıların 3D çap texnologiyasında istifadə bacarıqlarının təkmilləşdirilməsini hədəfləyir.
15 fevral, saat 17:30-da “Baku Skills” yarışması haqqında tələbələri ətraflı məlumatlandırmaq və mövcud sualları cavablandırmaq üçün Azərbaycan Respublikasının Təhsil İnstitutu və “STEAM Azerbaijan” layihəsi tərəfindən sonuncu onlayn infosessiya təşkil olunacaqdır.
Onlayn infosessiyaya qoşulmaq üçün keçid və şifrə:
https://us06web.zoom.us/j/81036132124?pwd=OEJOZ2w3bFVHQkErang5ZnJScWw1UT09
Meeting ID: 810 3613 2124
Passcode: 2022
Qeyd edək ki, sözügedən yarışmada 3D modelləşdirmə və çap sahəsində marağı və biliyi olan bütün tələbələr iştirak edə bilər. “Baku Skills” (3D modelləşmə, 3D çap) kateqoriyası üzrə yarışmada iştirak etmək hüququ qazanmış komandalar üçün lazımi avadanlıq və ləvazimat təchizatı Təhsil Nazirliyi tərəfindən həyata keçiriləcəkdir. 1-ci, 2-ci və 3-cü yerlərin sahibi olacaq komandalar və onların rəhbərləri üçün pul mükafatları nəzərdə tutulub.
Müsabiqə haqqında ətraflı məlumat və qeydiyyat üçün keçid: https://teknofest.az/az/competitions/competition/6
Yarışmaya qeydiyyat üçün son tarix: 17 fevral 2022-ci ildir.
Sözügedən müsabiqə ilə bağlı hər hansı sualınız olarsa, Təhsil İnstitutunun Təhsildə innovasiyalar şöbəsi ilə elektron poçt (Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.) vasitəsi ilə əlaqə saxlaya bilərsiniz.
Qeyd: Sözügedən infosessiyanın Azərbaycan Respublikasının Təhsil İnstitutunun rəsmi feysbuk səhifəsində canlı yayımlanması nəzərdə tutulub.