A

UNEC Dizayn Məktəbi və “Baku Desing Center”in birgə təşkilatcılığı ilə “Dizayn təhsilində qrafik proqramların təminatı” mövzusunda tədbir keçirilib.

Tədbirdə “Dizayn” ixtisasında təhsil alan tələbələr, kafedranın professor-müəllim heyəti iştirak ediblər.

Tədbiri Dizayn kafedrasının müdiri, dos.Elfanə Qasımova açaraq, görüşün mahiyyəti barədə iştirakçılara məlumat verib, peşəkar dizayner olmağın əsas məqamlarından söz açıb.

“Baku Desing Center”in instruktoru Aytən Bayramova təqdimatında qrafik dizayn sahəsində baş verən dəyişikliklərdən, yeni ideyaların inkişafına təkan vermiş qrafik proqramlardan danışıb.

Tədbir mövzu ətrafında müzakirələrlə davam edib. suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay