Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Ümumi fənlərin tədrisinin təşkili departamentinin əməkdaşları universitetin tələbə məzunu, Vətən müharibəsi şəhidi Naib Namətovun ruhunu yad etmək, ailəyə mənəvi dəstək göstərmək məqsədi ilə onun valideynini ziyarət ediblər.
ÜFTTD direktoru dosent Gülnarə Rzayeva şəhidin anasına Naib kimi qəhrəman oğul böyütdüyü üçün təşəkkürünü bildirərək, belə igid oğulların ruhu qarşısında baş əydiyini deyib. Şəhidlərlə yanaşı, onların ailələrinin də UNEC kollektivi üçün əziz və dəyərli olduğunu bildirib.
Şəhid Naib Namətovun anası Ellada xanım oğlu ilə bağlı xatirələrindən söz açıb. Naibin ailəsinə, vətəninə bağlı biri olduğunu, onun müsbət xüsusiyyətləri ilə yaxınlarının və dostlarının sevgisini qazandığını, şəhidlik zirvəsini qazanmış hər bir gənc üçün həmçinin oğlunun qazandığı uca zirvə ilə fəxr etdiyini bildirib.
Naib ölümündən sonar “Xocavəndin işğalına görə” "Vətən uğrunda" medalı və, “Cəsur döyüşçü” döş nişanı ilə təltif olunub.