A

Sumqayıt Texnologiyalar Parkının nümayəndələri UNEC-in İqtisadiyyat fakültəsinin müəllim və tələbələri ilə görüşüblər.

Görüşdə İqtisadiyyat fakültəsinin dekanı dos. Elçin Eyvazov qonaqlara universitetin fəaliyyəti, həyata keçirilən yeniliklər barədə ətraflı məlumat verib. Dekan korporativ sektorun nümayəndələri ilə keçirilən görüşlərin universitet və müəssisələr arasında əməkdaşlığın qurulmasında mühüm rol oynadığını, eləcə də tələbələrin yüksək texnoloji, innovasiya bazalı bilik və vərdişlərə yiyələnməyə marağını daha da artırdığını bildirib. Elçin Eyvazov UNEC-lə STP arasında əməkdaşlığın qurulmasının hər iki tərəf üçün faydalı olacağını diqqətə çatdırıb.

Sumqayıt Texnologiyalar Parkının İnsan resursları üzrə meneceri Namiq Nağıyev texnologiyalar parkının fəaliyyət istiqamətləri barədə danışıb, sonra tələbələrə özünüinkişafla bağlı tövsiyələrini verib.

STP-nin İnsan resursları üzrə aparıcı mütəxəssisləri Sevda Həsənova və  Şöləxanım Mirzəyeva isə texnoparkın karyera portalı barədə məlumat veriblər.

Sonra “Ölkəmizi necə tanıyırıq?” mövzusunda tələbələr arasında müsabiqə keçirilib. Müsabiqədə yüksək nəticə göstərən tələbələr mükafatlandırılıblar.

Görüşdə tələbələrin şirkətdə təcrübə proqramlarına və elmi-tədqiqatlara cəlb olunmaları ilə bağlı fikir mübadiləsi də aparılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay