A

Rektor professor Ədalət Muradov TEKNOFEST Azərbaycan festivalında UNEC-i və Zaqatala filialını təmsil edən komandaların üzvləri və mentorlarla görüşüb.

Rektor tələbələri TEKNOFEST yarışında maraqlı layihələrlə çıxış etdikləri üçün təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. UNEC-in 7 layihəsinin TEXNOFEST finalına vəsiqə qazandığını, eləcə də UNEC məzunlarından ibarət komandanın  I yerə layiq görüldüyünü böyük uğur adlandıran prof.Ədalət Muradov, bu istiqamətdə işlərin davam etdiriləcəyini bildirib. O, pilotsuz uçuş aparatları, robotexnika, yaşıl texnologiyalar, sosial yönümlü texnologiya, smart Qarabağ hakatonu, Baku skills müsabiqələri üzrə final mərhələsinə yüksələn UNEC komandalarının “Karabakh AgroDrone”, "Robotexnika", “Yaşıl texnologiyalar”, “MEDictionary”, “Unim”, "Ağıllı şəhər" və Zaqatala filialının təqdim etdiyi “Philadelphia” layihələrin əhəmiyyətindən danışaraq, bir neçə layihənin daha da təkmilləşdirilərək müsabiqələrə və müvafiq qurumlara təqdim olunacağını diqqətə çatdırıb. Rektor tələbələrə startap layihələrinin inkişafı, eləcə də müəlliflik hüquqlarının patentləşdirilməsi, təcrübə mübadiləsi istiqamətində UNEC tərəfindən lazımi dəstəyin göstəriləcəyini deyib.

Sonra komanda üzvlərinin və mentorların təklifləri dinlənilib.

Sonda TEKNOFEST Azərbaycan festivalında UNEC-i uğurla təmsil etdikləri üçün tələbə, məzun və mentorlara Fəxri fərmanlar təqdim olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay