UNEC-də magistratura səviyyəsində sənəd qəbulu  15 iyul saat 12:00-dan 26 iyul saat 23:59‑dək elektron qaydada aparılacaq.

Magistraturaya qəbul olanlar sənədlərini elektron formada UNEC-in rəsmi səhifəsinə (unec.edu.az) daxil olaraq, “Tələbə kabineti” qeydiyyat bölməsinə keçid almaqla (kabinet.unec.edu.az) sistemə yükləməlidir.

Sənədlərin elektron yüklənməsi barədə videotəlimat: https://www.youtube.com/watch?v=czOkTG1XwqE

Bundan əlavə, bakalavrlar mütləq portal.edu.az saytından da qeydiyyatdan keçməlidirlər.

 Qeyd:Portal.edu.az-da qeydiyyat etməyən şəxslər DİM tərəfindən qəbul olunmamış şəxs kimi hesab ediləcək və barəsində qəbul əmri verilməyəcək.

Dövlət sifarişi və ödənişli əsaslarla qəbul olan bakalavrların qeydiyyatı üçün tələb olunan sənədlər:

  1. Fotoşəkil (ağ fonda) 3x4 ölçüdə;
  2. Şəxsiyyət vəsiqəsinin surəti;
  3. Təhsil haqqında sənəd – Diplomun və diploma əlavənin surəti (bakalavr təhsilini əvvəlki illərdə bitirənlər); cari ilin məzunları üçün universiteti bitirdikləri haqqında arayış.
  4. İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin və hərbi biletin surəti (oğlanlar üçün);
  5. Təhsil haqqında ödəniş qəbzi (yalnız ödənişli əsaslarla qəbul olanlar üçün).

QEYD: ödənişli əsaslarla qəbul olan bakalavrlar qeydiyyatdan keçərkən I ilin təhsil haqqının minimum 50%-ni ödəməlidirlər. 

Təhsil haqqından azad olunan bakalavrlardan tələb olunan sənədlər:

  1. I və II dərəcə əlilliyi olan şəxslər bakalavrlar:

- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumat (Forma 88),
- doğum haqqında şəhadətnamənin surəti.

Arayışlar elektron formada olmadıqda arayışın surəti notarial qaydada təsdiq edilməlidir.

  1. Məcburi köçkün statusu olan Azərbaycan Respublikasının vətəndaşları:

-Tələbənin cari ilin sonunadək qeydiyyatdan keçirilmiş məcburi köçkün vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti.

  1. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar: - Vəfat etmiş valideyinin (valideynlərin) ölüm haqqında şəhadətnaməsinin surəti, -digər valideyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumat (Forma 88),

- tələbənin doğum haqqında şəhadətnaməsinin surəti.

Arayışlar elektron formada olmadıqda arayışın surəti notarial qaydada təsdiq edilməlidir.

QEYD: Əyani formada təhsil alan 23 yaşınadək şəxslərə aiddir.

  1. Şəhid ailəsinin üzvü olanlar:

- Şəhid ailəsi vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti;
- Şəhid ailəsinin üzvi kimi tələbənin vəsiqəsinin surəti və doğum haqqında şəhadətnamənin surəti;
- Mərhum valideynin ölüm haqqında şəhadətnaməsinin surəti.

QEYD: Təhsil haqqından 23 yaşı tamam olana kimi azad olunur.

  1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətəndaşların övladları:

- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumat (Forma 88),
- valideynin şəxsiyyət vəsiqəsinin surəti;
- tələbənin doğum haqqında şəhadətnaməsinin surəti.

Arayışlar elektron formada olmadıqda arayışın surəti notarial qaydada təsdiq edilməlidir (Əlilliyin səbəbi sərəncamda göstərildiyi kimi olmalıdır).

5a. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların övladları:

- Azərbaycan Respublikasının Müdafiə Nazirliyi (DİN) tərəfindən valideynin Azərbaycan Respublikasının müdafiəsi zamanı həlak olması barədə sənəd-arayış və ya əmrdən çıxarış (itkin düşənin ölmüş elan edilməsi haqqında məhkəmənin qərarı),
- tələbənin doğum haqqında şəhadətnaməsinin surəti.

QEYD : Güzəşt yalnız ilk dəfə magistrant olanlara aiddir.

Sənəd qəbulu barədə sualı olanlar aşağıda qeyd olunan müvafiq əlaqə nömrələrinə və facebook səhifələrinə müraciət edə bilərlər:

Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi (26-cı proqram, texniki və texnoloji ixtisaslar üzrə):
Əlaqə: +(994) 12 440 47 42
https://www.facebook.com/unecbmdm

UNEC Biznes Məktəbi (MBA, 56-cı proqram)
Əlaqə: (+994 12) 497 62 67
https://www.facebook.com/UNEC.MBA

Həftə içi hər gün, saat 09:00-18:00-dək əlaqə saxlaya bilərsiniz.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay