×

Xəbərdarlıq

Joomla\CMS\Cache\Storage\FileStorage::_deleteFolder JFolder: :delete: Kataloqu silmək alnmadı. Yol: /home/news/web/news.unec.edu.az/public_html/cache/page


A

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə canından keçən Elvin Məmmədovun şəhadətə yüksəlməsinin ikinci ildönümü ilə münasibətilə anım mərasimi keçirilib.

Şəhidin ildönümü ilə əlaqədar UNEC-in Zaqatala filialının müəllim və tələbə heyəti onun məzarını ziyarət edərək, üzərinə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Qeyd edək ki, şəhid Elvin Məmmədov 1992-ci ilin oktyabrında Zaqatala şəhərində anadan olub. Vətən müharibəsi zamanı könüllü olaraq cəbhəyə yollanan Elvin Məmmədov 2020-ci il oktyabrın 15-də Ağdərə istiqamətində gedən döyüşlərdə yaralı əsgər yoldaşını döyüş bölgəsindən çıxararkənqəhrəmancasına həlak olub.

Elvin Məmmədov ölümündən sonra “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

 

TOP XƏBƏRLƏR