A

Noyabrın 2-də Azərbaycan Hərbi Hava Qüvvələrinin polkovniki, “Su-25” hücum təyyarəsinin pilotu, Vətən Müharibəsi Qəhrəmanı, şəhid Zaur Nudirəliyev və Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Vətən Müharibəsi Qəhrəmanı, şəhid Vüqar Ağayevin anım günü olub.

UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin II kurs  tələbəsi Pəri Nudirəliyevanın atası Zaur Nudirəliyevin və UNEC Biznes Məktəbinin I kurs tələbəsi Yeganə Ağayevanın atası Ağayev Vüqarın anım günü münasibətilə UNEC THİK sədri İlkan Əliyev və fəal tələbələr II Fəxri xiyabanda şəhidlərin məzarını ziyarət edərək, əziz xatirələrinin ehtiramla yad ediblər, məzarları üzərinə gül dəstələri düzüblər.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay