A

Elm və Təhsil Nazirliyinin təşkilati dəstəyi ilə UNEC-in və digər ali təhsil müəssisələrinin əcnəbi tələbələri “Biz Şuşanın səfiriyik” layihəsi çərçivəsində Şuşaya səfər ediblər.

Səfərdə Türkiyə, Maldiv, Çin Xalq Respublikası, Tanzaniya və Sudan vətəndaşları olan UNEC tələbələri iştirak ediblər. Səfər çərçivəsində əcnəbi tələbələrə Şuşanın zəngin təbiəti, mədəni və tarixi irsi, eləcə də Bülbülün, Xurşidbanu Natəvanın və Üzeyir Hacıbəyovun güllələnmiş heykəllərinin tarixi barədə məlumat verilib. Tələbələr Şuşa qalasını, Vaqifin muzey-məqbərə kompleksini, Cıdır düzünü ziyarət ediblər. İşğalçılar tərəfindən dağıdılmış tarixi abidələri, mədəniyyət və təhsil ocaqlarını görən tələbələr rastlaşdıqları acı mənzərədən təəssüf hissi keçiriblər.

Səfər əcnəbi tələbələrin Cıdır düzündə sülh və dostluğun tərənnümü olaraq Azərbaycan bayrağı ətrafında toplaşması və birlikdə “Biz Şuşanın səfiriyik” şüarını səsləndirməsi ilə başa çatıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay