A

Dünya Bankının maliyyə və özəl kapital üzrə məsləhətçisi Patrick McGinnis UNEC tələbələri ilə görüşüb.

UNEC-in Beynəlxalq əməkdaşlıq departamentinin Layihələrin idarəolunması şöbəsinin müdiri Nərmin İbrahimovanın moderatorluğu ilə keçirilən görüşdə, Beynəlxalq əməkdaşlıq departamentinin direktoru vəzifəsini icra edən Turan Süleymanov və ABŞ-ın Azərbaycandakı səfirliyinin Mədəniyyət və təhsil üzrə müşaviri Salman Haci çıxış ediblər.

Sonra “Fear of Missing Out: Practical Decision-Making in a World of Overwhelming Choice” and “The 10% Entrepreneur” bestsellerlərinin müəllifi olan Patrick McGinnis tələbələrə sahibkarlıq, startap fəaliyyətləri və komanda işinin təşkili mövzusunda mühazirə deyib.

Tələbələrin böyük maraqla dinlədikləri mühazirədən sonra sual-cavab sessiyası olub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay