A

UNEC-in İqtisadiyyat və idarəetmə fakültəsində məişət zorakılığının qarşısının alınması və onunla mübarizəyə həsr olunan maarifləndirici tədbir keçirilib.

Fakültə dekanı dos. Elçin Eyvazov məişət zorakılığının cəmiyyətin hər zaman ən aktual problemlərindən biri olduğuna diqqət çəkərək, problemin həlli istiqamətində dövlət tərəfindən məqsədönlü tədbirlərin aparıldığını deyib.

Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, hüquqşqnas Cabbar Bayramov məişət zorakılığının Azərbaycanda geniş yayılmış gender problemi olduğunu qeyd edərək, problemin yaranma səbəbləri, eləcə də olkəmizdə və dünyada bu istiqamətdə görülən mübarizə barədə geniş məlumat verib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay