A

2022/2023-cü tədris ilində Azərbaycan Respublikasının təhsil qrantı proqramları çərçivəsində ölkəmizdə təhsil almaq hüququ qazanmış İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları ilə görüş keçirilib.

UNEC-də təşkil olunan görüşdə Elm və təhsil, Xarici İşlər nazirliklərinin aidiyyəti struktur bölmələrinin rəhbər və məsul şəxsləri, təhsil qrantının qalibləri, onların təhsil aldığı ATU, ADMİU, ADU, ADA Universiteti, UNEC, AzTU, BDU, BMU və Xəzər Universitetinin nümayəndələri də iştirak ediblər. 

Elm və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov, şöbənin sektor müdiri Müjdat Həsənov və Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım İdarəsinin (AIDA) rəis müavini Aliyə Ağazadə görüş zamanı təhsil qrantı proqramlarına dair zəruri məlumatları əcnəbi tələbələrlə bölüşüb və onların suallarını cavablandırıblar.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə təsis edilmiş təhsil qrantı proqramları çərçivəsində yerli təhsil müəssisələrində əcnəbi tələbələr təhsil alır. 2018-ci ildən təsis edilən proqram çərçivəsində UNEC-dən 9 nəfər əcnəbi vətəndaş məzun olub, hazırda isə Maldiv, Qambiya, Tanzaniya, Antiqua və Barbuda, Kamboja, Efiopiya vətəndaşları olan 7 nəfər təhsil almaqda davam edir. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay