A

UNEC-in İqtisadiyyat və idarəetmə fakültəsində narkomaniya ilə mübarizəyə həsr olunan maarifləndirici tədbir keçirilib.

Fakültənin dekanı dosent Elçin Eyvazov narkotiklərin qanunsuz dövriyyəsinin cəmiyyətə və insanların sağlamlığına vurduğu zərərlərdən danışaraq, bu problemlə mübarizədə gənclərin maarifləndirilməsinin əhəmiyyətinə toxunub.

Tədbirdə iştirak edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı, polis kapitanı Bəxtiyar Abbaszadə XXI əsrin bəlasına çevrilən narkomaniyanın ölkəmizdə də geniş vüsət aldığını və gənclərin böyük bir qisminin narkomaniya və onun törətdiyi fəsadlardan əziyyət çəkdiyini deyib. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı” çərçivəsində görülən işlər barədə tədbir iştirakçılarına məlumat verib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay