A

Ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevin anım günü münasibətilə UNEC-in fakültələrində silsilə tədbirlər keçirilib.

Ümumi fənlərin tədrisinin təşkili departamentinin Tələbə Elmi Klubu tərəfindən keçirilən tədbir “Dahi şəxsiyyətlər unudulmur” mövzusunda olub. Tədbirdə ÜFTTD-nin direktoru dosent Gülnarə Rzayeva, Tələbə Elmi Klubunun rəhbəri baş müəllim Cəmilə Həsənova və tələbələr Namiq Qəribov, Nurlan Vəliyev, Aysu Quluzadə, İlkin Tağıyev, Nəzirə Adıgözəlova təqdimatlarla çıxış edərək, ümummilli lider Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, həyata keçirdiyi irimiqyaslı layihələrdən bəhs ediblər.

Türk Dünyası İqtisad fakültəsində keçirilən tədbirdə fakültə dekanı professor Mehmet Yüce, dekan müavini Cavahirxanım Məmmədova, İqtisadiyyat və işlətmə kafedrasının baş müəllimi Nəriman Xanəhmədov çıxış edərək, ümummilli liderin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərindən danışıblar. Müstəqil Azərbaycan dövlətinin yaşaması, qüdrətli bir ölkə kimi təşəkkül tapması və davamlı inkişafının dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdırıblar.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay