A

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Elm və Təhsil Nazirliyinin təşkilatçılığı və Azərbaycanda təhsil alan əcnəbi tələbələrin iştirakı ilə Abşeron yarımadasında ağacəkmə aksiyası təşkil olunub.

Ekoloji vəziyyətin yaxşılaşdırılması, yaşıllıqların artırılması, eyni zamanda əcnəbi tələbələrin şəbəkələşməsi və ictimai aktivliyinin artırılması, əcnəbilərin Azərbaycanda təhsilinin təşviqi məqsədilə keçirilən ağacəkmə aksiyasında UNEC-in ABŞ, Çin, Qambiya, Efiopiya, Rusiya və Tanzaniyadan olan 10 əcnəbi tələbəsi də fəal iştirak edib.

Aksiya zamanı 6 hektar ərazidə Abşeron yarımadasının iqliminə uyğun 4200 ədəd eldar şamı, əncir və püstə ağacları əkilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay