A

“Şuşa İli” çərçivəsində ölkəmizdə təhsil alan əcnəbi tələbələrin iştirakı ilə forum təşkil olunub.

Forumun məqsədi işğaldan azad edilmiş ərazilərdə erməni vandalizminin mədəniyyət abidələrinə, ətraf mühitə vurulan zərərlərinin müzakirəsi, diplomatiya mövzularında diskussiyaların aparılması, Qarabağ həqiqətlərinin əcnəbi tələbələrə çatdırılması olub.

Forumda UNEC-in Efiopiya vətəndaşı olan doktorantı Samuel Atsibha Gebreyesus və Türkiyə vətəndaşı olan magistrantı Hatice Güçlü də iştirak edib.

Tədbirdə əcnəbi tələbə və professor-müəllim heyətinin iştirakı ilə mədəniyyət, ətraf mühit, diplomatiya mövzuları üzrə yerli və xarici ekspertlər tərəfindən panel müzakirələri aparılıb. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay