A

UNEC-in 5 komandası “Texnofest-2023”ün II mərhələsinə vəsiqə qazanıb.

Komandalar və onların layihələrini təqdim edirik:

1) “BioTEC888” komandası - 5 komanda üzvi ilə yarışda iştirak edir: Komandanın kapitanı: Xəlilov Elsevər (Ekologiya ixtisası), Rafiyev Ramazan (İnformasiya texnologiyası ixtisası), Abdullayev Azad (İnformasiya təhlükəsizliyi ixtisası), Alıyeva Aydan (İnformasiya təhlükəsizliyi ixtisası), Həbibov Məhəmməd (Mühəndislik ixtisası). Komanda 2022-ci ildə Texnofest Azərbaycan “Yaşıl texnologiyalar” yarışında finalçı olmuşdur. Görülən işlərin davamı olaraq, BioTEC888 komandası yeni tərkiblə Texnofest İstanbul 2023-ə qoşulub. Hazırda komanda ekoloji yönümlü iki layihə üzərində çalşır:

a) Biobot-T; Süni zəka və yaşıl enerji ilə çalışan robotlar vasitəsi ilə quru torpaqların yaşıllaşdırılması;

b) BioBot-S;  Süni zəka və yaşıl enerji ilə çalışan robotlar vasitəsilə sudan neftin toplanması.

2) “Radioaktiv” komandası - Komandanın üzvləri: İbrahimova Könül (SABAH qrupu İqtisadiyyat ixtisası), Əliyeva Humeyra (SABAH qrupu-Qida mühəndisliyi) və Hacızadə Murad (SABAH qrupu-Qida mühəndisliyi), komandanın mentoru isə UNEC-in gənc müəllimi Aygün Abdulovadır. Kənd Təsərrüfatı Texnologiyaları kateqoriyası üzrə mübarizə aparan komanda hazırda ÖB (ön başvuru) və ÖDR (ön dəyərləndirmə raporu) mərhələlərini keçərək, PDR (proje detay raporu) mərhələsi üçün öz çalışmalarına davam edir. Süni intellektin istifadəsi ilə ağıllı kamera sistemlərinin bitki xəstəliklərini müəyyən edərək, mobil tətbiq üzərindən istifadəçiyə datalar təqdim etməsi üzərində işlənilən bu layihə aqrar sahədə yeni innovasiyaları təşviq edə bilər.

3) "Recycled Points" layihəsi - Sosial yönümlü texnologiyalar kateqoriyası (Sosial innovasiyalar alt kateqoriyası) üzrə qatılan komanda Texnofest 2023 festivalında növbəti mərhələdədir. Komanda üzvləri İqtisadiyyat fakültəsinin tələbələri Fəzilə Bağırova, Şəfa Məmmədzadədir. Layihə hazırda prototipləşmə mərhələsindədir. Eyni zamanda bu layihə "Recyclaton" yarışının final layihəsidir.

4) FeedHub startapı - Şirkət ilə şirkət müştəriləri arasında rəylərin verilməsini və cavablandırılmasını təmin edən veb-aplikasiyadır. Əsas məqsəd müştəri məmnuniyyətinə önəm verən şirkətlərə bu işdə dəstək olmaqdır. “ABB İnnovasiya” , “Steam Azerbaijan Festival” və “UNEC BootStart” kimi yarış və layihələrdə yüksək nailiyyət əldə edən startap hazırda “Texnofest 2023” yarışmasında növbəti mərhələyə keçid alıb. Komandanın üzvləri: Nübar İsrafilova - CEO (Maliyyə və mühasibat fakültəsi), Sənan Həsənov- mentor, Bəhram Bəxtiyar – CTO (Rəqəmsal iqtisadiyyat fakültəsi), Nemət Cəfərov – UI/UX dizayner (UNEC Dizayn Məktəbi), Fəzilə Bağırova – Developer (İqtisadiyyat və idarəetmə fakültəsi)

5) “Azerbaijan AgroBot” komandası - Kənd təsərrüfatı sahəsində istifadə ediləcək aqrar bot layihəsini təqdim edib. Bot əkin sahəsində bitkilərin alaq otlarından təmizlənməsini həyata keçirərək məhsuldarlığın artımına nail olunacaq. Hazırda, botun dizayn mərhələsi yekunlaşıb, elektronik hesablamalar aparılaraq və proqram təminatı hazırlanıb. Komandanın üzvləri: Məhəmməd Rəhimov (kapitan), “İnformasiya texnologiyaları” ixtisasının məzunudur. Hazırda UNEC-də “Layihələrin idarə edilməsi” ixtisası üzrə MBA təhsili alır. Türkan Bəşirli (“Kompüter elmləri” ixtisası), Məhəmməd Məmmədov (“Elektrik və elektronika mühəndisliyi” ixtisası), Kənan Mustafayev (“Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi” ixtisası), Ayşən Əhmədova (“Kompüter elmləri” ixtisası).

Komanda 2021-ci ildə Məhəmməd Rəhimov tərəfindən qurulmuş və “Tarım Teknolojileri Yarışması” kateqoriyası üzrə ən yüksək balla finalda iştirak üçün vəsiqə qazanmışdır. Həmçinin, 2022-ci ildə ilk dəfə Azərbaycanda keçirilən “TEXNOFEST 2022 Azərbaycan” yarışmasında eyni kateqoriya üzrə finalda iştirak edib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay