A

UNEC-də 20 Yanvar faciəsinə həsr olunan silsilə tədbirlər keçirilib.

Qiyabi və əlavə təhsil mərkəzində təşkil olunan tədbirdə mərkəzin direktoru Səbuhi Tanrıverdiyev, direktor müavini dosent Həbib Vəliyev, Humanitar fənlər kafedrasının baş müəllimi İbrahim Babayev və Azərbaycan dili kafedrasının dosenti Aynur Qədiməliyeva çıxış ediblər. Çıxış edənlər 1990-cı il 20 yanvar tarixinin Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu, həmin günün xalqımızın milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrildiyini bildiriblər. Azərbaycan xalqının hər il 20 Yanvar şəhidlərinin xatirəsini dərin ehtiramla yad etdiyini, bu qanlı tarix barədə həqiqətlərin, eləcə də Azərbaycan xalqının müstəqillik əzminin sarsılmazlığının bütün dünyaya çatdırıldığını vurğulayıblar.

Ümumi fənlərin tədrisinin təşkili departamentində keçirilən tədbirdə departamentin direktoru, dosent Gülnarə Rzayeva, Humanitar fənlər kafedrasının professoru Nizami Süleymanov, dosent Yusif Fərzəliyev əsas məruzəçi kimi çıxış edərək, 20 Yanvar faciəsinin tarixi, törədilmə səbəbləri və ağır nəticələri barədə ətraflı məlumat veriblər. Sovet ordusunun xalqımıza qarşı törətdiyi 20 Yanvar faciəsinin xalqımızın iradəsini qıra bilmədiyini və azadlıq mübarizəsinin 1991-ci ildə Azərbaycanın öz müstəqilliyini bərpa etməsi ilə nəticələndiyini diqqətə çatdırıblar.

Tədbirdə çıxış edən professorlar Tofiq Əbdülhəsənov, Vəkil Həsənov, Afət Abbasova, dosent Validə Əliyeva, baş müəllim Xanlar Fərhadov 20 Yanvar hadisələrinin şahidləri kimi  həmin günlə bağlı acı xatirələrini bölüşüblər.

Biznes və menecment fakültəsində keçirilən anım tədbirində fakültə dekanı dosent Mirağa Əhmədov, Humanitar fənlər kafedrasının professoru Nizami Süleymanov, Biznes və logistika kafedrasının müdiri dosent Məhəmməd Əliyev çıxış edərək, 20 Yanvar faciəsi və onun baş vermə səbəblərindən danışıblar. Azərbaycan xalqının müstəqillik, azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəsindən bəhs ediblər.

Rəqəmsal iqtisadiyyat, Mühəndislik fakültələrinin və UNEC Dizayn Məktəbinin birgə təşkilatçılığı ilə “20 Yanvar xalqımızın tarixində faciə günü deyil, həm də şərəf səhifəsidir” adlı tədbirdə fakültə dekanı dosent Elman Cəfərov, Humanitar fənlər kafedrasının professoru Hidayət Cəfərov və hüquq şöbəsinin baş mütəxəssisi Mayıs Sadıqov çıxış ediblər. Çıxış edənlər 20 yanvar faciəsi xalqımızın yaddaşında hüzn və kədər, qürur, qəhrəmanlıq və şərəf səhifəsi kimi qaldığını bildiriblər.

İqtisadiyyat və idarəetmə fakültəsində 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş seminarda dekan müavini, dosent Muşrəvan Əliyev çıxış edərək, 33 il öncə müstəqil dövlətçilik tariximizin acılı, lakin şərəfli günləri yaşanıb və qeyd edilib ki, 20 yanvar hadisələrində azadlıq uğrunda, canlarından keçərək şəhidlik zirvəsinə ucalan vətən övladlarının mübarizliyi həm də Azərbaycan xalqının tarixində qəhrəmanlıq salnaməsidir.

UNEC-in Zaqatala filialında 20 Yanvar hadisələri mövzusunda dəyirmi masa təşkil olunub.  Tədbirdə filialının direktor müavini Həqiqət Qədimova, İqtisadiyyat və idarəetmə kafedrasının müdirü dosent Səfər Razıyev çıxış edərək, bildiriblər ki, 20 Yanvar xalqımızın azadlıq mübarizəsinin rəmzi olduğunu qeyd ediblər. Azərbaycan bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur.

Türk Dünyası İqtisad Fakültəsində 20 Yanvar hadisələrinin 33-cü ildönümünə həsr olunmuş "Qanlı Yanvar" adlı tədbirdə fakültə dekanı professor dr. Mehmet Yüce, dekan müavini Cavahirxanım Məmmədova, İqtisadiyyat və işlətmə kafedrası müdiri dosent Oqtay Quliyev sovet ordusunun 20 Yanvar hadisələrində dinc əhaliyə qarşı törətdiyi hərbi cinayətdən danışıblar, xalqımızın müstəqillik uğrunda göstərdikləri qəhrəmanlıq mübarizəsindən bəhs ediblər.

Maliyyə və mühasibat fakültəsində 20 Yanvar faciəsinin otuz üçüncü ildönümünə həsr olunmuş tədbirdə fakültə dekanı dosent Hafis Hacıyev, Maliyyə və audit kafedrasının müdiri, professor Əvəz Ələkbərov, Maliyyə və audit kafedrasının dosenti Flora Kaşıyeva 20 Yanvar hadisələrindən danışaraq, ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda aparılan mübarizə tarixinə əbədi qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu vurğulayıblar. 

İqtisadiyyat və idarəetmə fakültəsi mentorluq xidmətinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin otuz üçüncü ildönümünə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib. Tədbirin rəsmi hissəsində dosent Pərviz Səmədov 20 yanvar hadisələrinin tarixi barədə tələbələri məlumatlandırıb. Fakültənin dekan müavini, mentorluq xidmətinin rəhbəri Zeynəb Qiyasova isə 20 Yanvar hadisəsi zamanı xalqın göstərdiyi mübarizə əzmindən, xüsusilə gənclərin şücaətindən bəhs edib. Sonra tədbir bədii hissə ilə davam edib. Bədii hissədə tələbələr Nərgiz Əsgərova, Aytən Ələsgərova, Cəmalə Əliyeva və Turan Mirzəyev 20 Yanvar hadisəsinə həsr olunmuş təqdimat və şeirlərlə çıxış ediblər.

Rus İqtisad Məktəbində 20 Yanvar faciəsinə həsr edilən tədbirdə RİM-in direktoru dosent Mənsur Bərxudarov 1990-cı il yanvarın 20-də Azərbaycanda baş vermiş qanlı faciə barədə məlumat verib, keçmiş Sovet imperiyasının xalqımızın azadlığı uğrundakı mübarizə əzmini qırmaq üçün törətdiyi qırğınların səbəblərini açıqlayıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay