A

UNEC Kitabxana İnformasiya Mərkəzinin təşəbbüsü, İqtisadiyyat və idarəetmə fakültəsi mentorluq xidmətinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin otuz üçüncü ildönümünə həsr olunan tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbiri giriş sözü ilə fakültə dekan müavini, dosent Müşrəvan Əliyev açaraq, 33 il əvvəl baş vermis 20 Yanvar hadisəsinin xalqımızın üzləşdiyi ağır faciələrdən biri olduğunu bildirib. Sonra Humanitar fənlər kafedrasının müəllimi Cəmilə Həsənova 20 Yanvar faciəsi barədə ətraflı məlumat verib. Bu qanlı faciə nəticəsində yüzlərlə insanın qətlə yetirildiyini, yaralandığını və itkin düşdüklərini qeyd edib. O, müstəqilliyə can atan xalqımızın mübarizliyini, məğrurluğunu öz qanı bahasına sübut etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

2 saylı kitabxanın əməkdaşı Yeganə xanım çıxış edərək, 20 Yanvar hadisələrinin xalqımıza vurduğu zərərdən, müqəddəs şəhidlərimizin qəhrəmanlıq slnaməsindən danışıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay