A

UNEC-də ümummilli lider “Heydər Əliyev İli”nə həsr olunan Elm festivalı çərçivəsində Kitabxana İnformasiya Mərkəzi (KİM) tərəfindən “UNEC-in elektron kitabxanasından və beynəlxalq məlumat bazalarından istifadə və mərkəzə daxil olan yeni kitablar haqqında məlumatlandırma” üzrə təqdimat keçirilib. 

KİM-in direktoru tar.ü.f.d. Adilə Abdullayeva Biznes və menecment fakültəsinin müəllim və tələbələrinə UNEC-in elektron kitabxanasında axtarış və elektron resurslardan istifadə qaydaları, elektron kataloqla iş, kitabxananın həyata keçirdiyi layihələr, onlayn xidmətlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Eyni zamanda kitabxanaya daxil olan biznes, menecment, rəqəmsal marketinq, sahibkarlıq, iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə Azərbaycan və xarici dillərdə olan kitablardan bəhs edib. A.Abdullayeva KİM-in dünya kitabxanalarında həyata keçirdiyi araşdırmalardan, “Heydər Əliyev İli”nə həsr olunmuş “Oxu mədəniyyəti” kampaniyası çərçivəsində həyata keçirilən layihələrdən də söz açıb.

Sonra tələbələrin sualları ətrafında müzakirələr aparılıb. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay