A

UNEC SABAH mərkəzinin rəhbəri dosent Aida Quliyevanın rəhbərliyi ilə SABAH mərkəzinin 20, Rus İqtisad Məktəbinin 3, Maliyyə və Mühasibat Fakültəsinin isə 1 tələbəsi Macarıstanın Budapeşt Texnologiya və İqtisadiyyat Universitetinin və Praqa Biznes Məktəbinin (PBS) təşkil etdikləri seminar və təlimlərdə iştirak edib.

Tələbələr Budapeşt Texnologiya və İqtisadiyyat Universitetinin İqtisadiyyat fakültəsində seminar və mühazirələr dinlədikdən sonra, Çexiyanın Praqa Biznes Məktəbinə səfər ediblər. Praqada “Akademik yazı: kəmiyyət araşdırmaları” və “Biznesdə, İqtisadiyyatda və Təhsildə Liderlik” təlimlərinə qatılıblar.

Hər iki universitetin təşkil etdiyi təlimləri uğurla bitirən tələbələr sertifikatlar qazanıblar.

UNEC kollektivi səfər çərçivəsində Avstriyanın Vyana şəhərindəki Azərbaycan səfirliyinin Mədəniyyət mərkəzində də olub. Mərkəzin  rəhbəri Elvin Niftəliyev tələbələrə fəaliyyətləri barədə məlumat verib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay