A

UNEC-də Universitet Daxili İki Diplom (UDİD) proqramına start verilir.

Proqramın məqsədi “Azərbaycan Respublikasın­da təhsilin inkişafı üzrə Dövlət Strategiyası”ndan irəli gələn tələbləri icra etmək, bakalavriat səviyyəsində qəbul olunduğu ixtisaslarda müvəffəqiyyətlə təhsil alan tələbələrin ikinci ixtisas üzrə də əlavə təhsil almaqla, rəqabətədavamlı mütəxəssis kimi hazırlanmasıdır. UDİD proqramına qoşulan tələbələr 4 il ərzində iki ixtisasa yiyələnməklə gələcəkdə əmək bazarında layiqli yer tutmaq və onun tələblərinə çevik uyğunlaşmaq imkanı əldə edəcəklər.

İki ixtisas üzrə UDİD proqramının açılması üçün həmin ixtisasların təhsil proqramlarında nəzərdə tutulan fənlərin və onlara ayrılan kreditlərin ən azı 70 faizi eyni olmalıdır.UDİD proqramına təhsil müddətində birinci ixtisas üzrə nəzərdə tutulan fənlər üzrə kreditləri qazanan və ayrı-ayrı fənlərdən müvəffəqiyyət göstəricisi 81-100 bal arasında olan I kursu bitirən tələbələr muraciət edə bilərlər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay