A

UNEC-in Zaqatala filialının professor-müəllim heyəti üçün distant təlimlər keçirilib.

UNEC Eksterndə təşkil olunan təlimin məqsədi tədris materiallarının keyfiyyətinin yüksəldilməsi, müasir standartlara uyğun hazırlanması və filialın professor-müəllim heyətinin Elektron Universitet modelindən istifadə qaydaları barədə biliklərinin daha da artırılması olub.

UNEC-in Tədrisin keyfiyyətinə nəzarət şöbəsinin təşəbbüsü ilə keçirilən təlimləri TKQİM-in direktor müavini, dosent Söhrab İsayev, “Rəqəmsal iqtisadiyyat və İKT” kafedrasının dosenti Təranə Əliyeva və “Elekrton universitet” şöbəsinin böyük mütəxəssisi Qumral Hüseynova  keçiblər.

Maraqla izlənilən təlimin yekununda Zaqatala filialının professor-müəllim heyətinin sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay