A

Yeni tədris ilinin başlaması ilə əlaqədar tələbələri maraqlandıran sualların cavablandırılması məqsədilə UNEC-in fakültə dekanları Facebook üzərindən canlı yayıma çıxacaqlar.

Canlı yayımda yeni tədris ilində tətbiq olunan yeniliklər, tədris prosesi, tələbə biliyinin qiymətləndirilməsi, dərslərin təşkili qaydaları barədə ətraflı məlumat veriləcək.

Tələbələr suallarını öncədən və ya canlı yayım vaxtı fakültələr üzrə qeyd olunan Facebook səhifələrinə ünvanlaya bilərlər.

Fakültələr üzrə canlı yayımın qrafikini və yayımın aparılacağı Facebook səhifələrini təqdim edirik:

Ekspertiza və Standartlaşdırma fakültəsi– 16 sentyabr saat 12:00
UNEC Ekspertiza və Standartlaşdırma fakültəsi Qaynar xətt

İqtisadiyyat fakültəsi – 16 sentyabr saat 14:00
UNEC İqtisadiyyat fakültəsi Qaynar Xətt

Maliyyə və mühasibat fakültəsi – 16 sentyabr saat 18:00
UNEC Maliyyə və Mühasibat fakültəsi - Qaynar Xətt

Texnologiya və dizayn fakültəsi– 17 sentyabr saat 12:00
UNEC Texnologiya və Dizayn fakültəsinin Qaynar Xətti

UNEC-in Zaqatala filialı- 17 sentyabr saat 15:00
UNEC Zaqatala Qaynar xətt

Türk Dünyası İqtisad Fakültəsi – 18 sentyabr saat 11:00
UNEC - Türk Dünyası İqtisad Fakültəsi - Qaynar Xətt

SABAH – 18 sentyabr saat 12:00
UNEC SABAH Qaynar Xətt

Biznes və menecment fakültəsi– 18 sentyabr saat 14:00
UNEC - Biznes və menecment fakültəsi Qaynar Xətt

Beynəlxalq İqtisadiyyat Məktəbi (İSE)- 18 sentyabr saat 16:00
UNEC ISE Qaynar Xətt

Rus İqtisad Məktəbi – 18 sentyabr saat 17:00
Rus İqtisad Məktəbi (UNEC Russian Economic School

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay