UNEC-in əməkdaşları Erasmus + mübadilə proqramı çərçivəsində Macarıstanın Miskolc Universitetində işgüzar səfərdədir.
Mübadilə çərçivəsində Qiyabi və Əlavə Təhsl Mərkəzinin (QƏTM) direktoru dosent Səbuhi Tanrıverdiyev, Ömürboyu təhsil mərkəzinin rəhbəri Qələndər Məmmədli, Beynəlxalq iqtisadiyyat və biznes kafedrasının müdiri dosent Xətai Alıyev, Satınalmaların təşkili və təchizat şöbəsinin müdiri Aqil Əhmədov, kafedranın müəllimi Əhliman Abbasov Miskolc Universitetinin müxtəlif strukturlarının rəhbərləri və əməkdaşları ilə görüşüblər.
Görüşdə QƏTM-nin direktoru, dosent Səbuhi Tanrıverdiyev UNEC-in təhsil imkanları, beynəlxalq reytinqlərdəki mövqeyi və hədəfləri barədə təqdimatla çıxış edib. Beynəlxalq İqtisadiyyat Məktəbinin müəllimi Əhliman Abbasov isə beynəlxalq layihələr və ikili diplom proqramları, digər universitetlərlə bu istiqamətdə əməkdaşlığın qurulması imkanları barədə məlumat verib.
Digər müzakirə panelində iştirak edən Ömürboyu Təhsil Mərkəzinin direktoru Qələndər Məmmədli UNEC-in Startap İnkubasiya Mərkəzi, rəhbərlik etdiyi mərkəzin fəaliyyətindən danışıb.
Beynəlxalq iqtisadiyyat və biznes kafedrasının müdiri dosent Xətai Alıyev macar nümayəndələrlə UNEC nəzdində icra edilən "Universitet - Dövlət - Sənaye əlaqələrində kommunikasiya problemi" mövzusunda tədqiqat layihəsi və Miskolc Universiteti ilə birgə əməkdaşlıq perspektivlərindən danışıb.