A

Erasmus+ Mübadilə proqramı çərçivəsində UNEC Extern Tədris Mərkəzinin Tədris işləri üzrə direktor müavini Kəminə Cəbrayılova, UNEC-in Beynəlxalq Əməkdaşlıq Departamentinin şöbə müdiri Afət Ələkbərova və departamentin mütəxəssisi Gültac Tahirli Rumıniyanın Transilvaniya Braşov Universitetində təşkil olunan beynəlxalq əməkdaşlıq həftəsində iştirak ediblər.

Tədbirdə 30-dan çox dünya ölkələrinin ali təhsil müəssisələrindən 75 nəfər iştirakçı qatılıb və tədbir çərçivəsində universitetlərin tanıtımı və təcrübə mübadiləsi aparılıb. Tanıtım zamanı UNEC-in rəqamsal təhsil və innovativ tədris metodları iştirakçıların diqqətini cəlb edib. Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub. 

Beynəlxalq əməkdaşlıq həftəsində UNEC nümayəndə heyəti tərəfindən bir çox xarici universitetlərlə əməkdaşlıq əlaqələrinin qurulması üçün ilkin razılıq əldə olunub.

Səfər çərçivəsində UNEC əməkdaşları Transilvaniya Braşov Universitetinin fakültə dekanları ilə görüşərək, əməkaşlıq əlaqələrinin genişlənməsi imkanları haqqında müzakirələr aparıblar. UNEC-in əməkdaşları Rumıniyada təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirərək, onların xaricdə təhsillə bağlı fikirlərini öyrəniblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay